AAYDA-nın kreditor borcları 12 milyon manatdan çox artıb

AAYDA-nın kreditor borcları 12 milyon manatdan çox artıb
# 28 iyun 2022 17:23 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kreditor borcları 2021-ci ilin sonuna 27,3% artaraq 56 milyon manata çatıb.

APA-Economics” Agentliyin hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlinə AAYDA-nın kreditor borcu 44 milyon manat təşkil edib. Qurumun bundan əlavə il ərzində 340,4 milyon manat kredit borcu yaranıb və bu borcun 328,4 milyon manatı ödənilib. Nəticədə Agentliyin borcu ötən il 12 milyon manat artıb.

Qeyd edək ki, 2021-ci ildə AAYDA-nın vaxtı keçmiş kreditlərinin həcmi dəyişməyib və hazırda 95,1 min manat təşkil edir.

Xatırladaq ki, 2021-ci ildə AAYDA-nın gəlirləri xərclərinə bərabər olduğu üçün xalis mənfəət əldə edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR