ABA: Banklar ötən il ən böyük mənfəət vergisi ödəyicilərindən olub

ABA: Banklar ötən il ən böyük mənfəət vergisi ödəyicilərindən olub
# 28 fevral 2023 10:55 (UTC +04:00)

Banklar ötən il ən böyük mənfəət vergisi ödəyicilərindən olub.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, 2022-ci ildə banklar 261 milyon manat mənfəət vergisi ödəyib: "Bu isə 2021-ci illə müqayisədə 60% çoxdur. Eyni zamanda, bank sektorunun aktivlərinin qeyri-neft sektoru üzrə ÜDM-də payı 70%-ə yaxındır".

Y. Abdulov qeyd edib ki, bank sektorunun inkişafı iqtisadiyyatın da inkişafının göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR