ABA: ESG-yə önəm verən banklara beynəlxalq maliyyə təşkilatlarından ayrılan vəsaitlər artacaq

ABA: ESG-yə önəm verən banklara beynəlxalq maliyyə təşkilatlarından ayrılan vəsaitlər artacaq
# 28 fevral 2023 11:34 (UTC +04:00)

Ən vacib məsələ bank sektorunda inkişaf və dayanıqlılığın təmin edilməsidir. Gələcəyə baxsaq, bank sektorunda dayanıqlılıq ESG standartlarının tətbiqindən daha çox asılıdır.

"APA-Economics" xəbər verir ki, bunu “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair tədbirdə çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, qlobal səviyyədə maliyyə-bank sektoru daha həssas olan bazar dinamikası ilə uyğunlaşmağa başlayıb.

"Kredit verilməsində müştərilərin maliyyə vəziyyəti, iqtisadi amillərlə yanaşı, ekoloji və sosial amillər də nəzərə alınır. Bu, bankların maliyyə cəlb etməsində də özünü göstərir. ESG-yə önəm verən bankların qlobal maliyyə təşkilatlarından ayrılan maliyyə vəsaitlərinin artmasını müşahidə edəcəyik"- Yunus Abdulov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR