ABB: Ehtiyat ayırmalar bankın dayanıqlığını təmin etmək üçün artırılıb

ABB: Ehtiyat ayırmalar bankın dayanıqlığını təmin etmək üçün artırılıb
# 22 iyul 2022 18:27 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov 2022-ci ilin birinci yarısının nəticələrinə görə, Bankın mümkün zərərlər üzrə ehtiyat ayırmaları artırması məsələsinə aydınlıq gətirib.

Abbas İbrahimov “APA-Economics”ə açıqlamasında bildirib ki, mümkün zərərlərin ödənilməsi üçün ehtiyat ayırmaları bankın dayanıqlığının təmin edilməsi üçün artırılır.
“Kredit portfeli böyüdükcə, kreditləşmə artdıqca banklar öz xərcləri hesabına bu ehtiyatları ayırırlar ki, bank daha dayanıqlı olsun. ABB-nin ötən dövr ərzində kredit portfeli böyüyüb. Ona görə də müvafiq məbləğdə ehtiyatlar ayrılıb. Bunlar da xərclər hesabına həyata keçirilir” -deyə, İdarə Heyətinin sədri əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin 6 ayının nəticələrinə görə, ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları artıraraq 35,4 milyon manata çatdırıb. Ötən ilin eyni dövründə bu rəqəm cəmi 1,4 milyon manat olmuşdu. Bankın kredit portfeli isə bu dövrdə 3,5 milyard manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR