“ABB İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfə artıb - HESABAT

“ABB İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 3 dəfə artıb - HESABAT
# 02 iyun 2023 13:14 (UTC +04:00)

“ABB İnvest İnvestisiya Şirkəti” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “ABB İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2.9 dəfə artaraq 627,8 min manat təşkil edib. 2021-ci ildə investisiya şirkətinin xalis mənfəəti 213.2 min manata bərabər idi.

Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 11.5% artaraq 433 min manata, qeyri faiz gəlirləri isə 4.8 dəfə artaraq 1 milyon 149.5 min manata yüksəlib. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 786,6 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 dəfə çoxdur.

2022-ci ildə şirkətin cəmi aktivləri 7.2% və 1 milyon 122.4 min manat azalaraq 15 milyon 543.3 min manat, cəmi öhdəlikləri isə 10.7% və ya 1 milyon 280.7 min manat azalaraq 10 milyon 691.8 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “ABB İnvest İnvestisiya Şirkəti”nin cəmi kapitalı 3 milyon 851.4 min manata bərabər olub ki, bu da illik müqayisədə 4.3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR