ABB-nin səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişib

ABB-nin səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişib
# 14 iyun 2022 09:18 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu gün keçirilməli olan səhmdarların növbəti ümumi yığın­cağının vaxtı iyunun 30-na təyin edilib.

"APA-Economics" “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinə istinadən xəbər verir ki, mmumi yığıncağın gündəliyində dəyişikliklər edilməyib.

Qeyd edək ki, səhmdarların ümumi yığıncağı Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR