ABŞ-da 14 ayda ilk dəfə ən aşağı inflyasiya qeydə alınıb

ABŞ-da 14 ayda ilk dəfə ən aşağı inflyasiya qeydə alınıb
# 12 yanvar 2023 18:01 (UTC +04:00)

Dekabr ayında ABŞ-da illik inflyasiya gözləntilərə uyğun olaraq 6,5%-ə enib.

"APA-Economics" xəbər verir ki, altı ay müddətində davamlı olaraq azalan illik inflyasiya son 14 ayda, yəni 2021-ci ilin oktyabr ayından bəri ilk dəfə ən aşağı səviyyəyə düşüb.

Bu dövrdə enerji və qida məhsulları istisna olmaqla baza inflyasiyası 5,7% təşkil edib. Bildirilib ki, dekabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,1% azalıb.

Qeyd edək ki, noyabr ayında illik inflyasiya 7,1% olaraq açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR