ABŞ-da inflyasiya 8,6 faizə yüksələrək bazar gözləntilərini üstələyib

ABŞ-da inflyasiya 8,6 faizə yüksələrək bazar gözləntilərini üstələyib
# 10 iyun 2022 17:13 (UTC +04:00)

May ayında ABŞ-da inflyasiya illik müqayisədə 8,6 faizə yüksələrək bazar gözləntilərini üstələyib.

APA-Economics” CNN TÜRK-ə istinadən xəbər verir ki, bazar gözləntisi may ayında ABŞ-da inflyasiyanın 8,3 faiz olacağı yönündə idi. Belə ki, aprel ayında ABŞ-da inflyasiya yüzdə 8,3 faiz olduğu halda mart ayı inflyasiyası 40 ilin zirvəsinə yüksələrək 8,5 faizə çatıb.

ABŞ-ın inflyasiya məlumatları ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərtləşdirmə siyasətinin sürətində müəyyənedici amil ola biləcəyi üçün kritik əhəmiyyət kəsb edir. FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclası 14-15 iyun tarixlərində baş tutacaq. Bazar bu görüşdən 50 bəndlik faiz artımı gözləyir.

Görüşdən sonra veriləcək mesajlar və FED sədri Jerome Powellin açıqlamaları diqqətlə izlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR