ABŞ-da ipoteka kreditləşməsi rekorda çatıb

ABŞ-da ipoteka kreditləşməsi rekorda çatıb
# 05 yanvar 2022 12:23 (UTC +04:00)

ABŞ-ın ipoteka kreditorları 2021-ci ildə 1,61 trln. dollar məbləğində kredit veriblər ki, bu da rekord göstəricidir.

"APA-Economics"in "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu barədə İpoteka Bankçıları Assosiasiyasının (Mortgage Bankers Association) açıqlamasında deyilir.

Qeyd olunur ki, 2020-ci ildə ipoteka kreditlərinin həcmi 1,48 trln. dollar təşkil edib, əvvəlki rekord isə (1,51 trln. dollar) 2005-ci ildə qeydə alınıb.

İpoteka kreditləri bumunu son bir ildə mənzil bazarında aktivlik və bununla bağlı qiymət artımları şərtləndirib. Qiymətlərin artması pandemiyanın əvvəlində amerikalıları kredit almağa sövq edən amillər, yəni aşağı faiz dərəcələri və daha geniş mənzillərə köçmək istəyi ilə bağlı qalmaqda davam edib. Bundan əlavə, bir çox ABŞ sakini pandemiya zamanı əmanətlərini artırıb ki, bu da kredit götürmək üçün əlavə stimul olub.

Daşınmaz əmlak qiymətlərində artım tempi son aylarda yavaşlasa da, rekord səviyyələrə yaxın olaraq qalır. 2021-ci ilin oktyabrında başa çatan 12 aylıq dövr ərzində qiymətlər 19,1% artıb. Keçən il ABŞ-da artıq inşa edilən evlərin satışları 2006-cı ildən bəri pik həddə çatıb.

İpoteka kreditləşməsində artım bir il əvvəl 2,6 trln. dollardan 2021-ci ildə təxminən 2,3 trln. dollara düşmüş yenidən maliyyələşdirmənin azalmasını qismən kompensasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR