ABŞ Dövlət Departamenti: Azərbaycan azad edilmiş rayonlara yeni investisiyalar axtarışındadır

ABŞ Dövlət Departamenti: Azərbaycan azad edilmiş rayonlara yeni investisiyalar axtarışındadır
# 29 iyul 2022 11:15 (UTC +04:00)

Azərbaycan Qarabağda intensiv döyüşlərə son qoyan 10 Noyabr bəyanatından sonra azad edilmiş rayonlara yeni investisiyalar axtarışındadır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəddə qeyd olunub.

Bildirilib ki, bu ərazilərin minalardan təmizlənməsi yenidənqurma səylərinin bir parçası olaraq Azərbaycan hökuməti üçün prioritet olaraq qalır.

Vurğulanıb ki, Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidənqurması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayrılması nəzərdə tutulub: “Bu vəsaitin yol, elektrik, qaz, su, kommunikasiya infrastrukturuna, təhsil və səhiyyə sektorlarına, həmçinin mədəni və tarixi abidələrin bərpasına istifadə ediləcəyi bildirilir. Hökumət eyni zamanda, bu regionda “yaşıl enerji” layihələri həyata keçirməyi planlaşdırır. Bərpa işlərinin tikinti və əhalinin yenidən məskunlaşdırılması üçün sərf ediləcək xüsusi büdcə ayırmaları ilə qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Yenidənqurma səylərinin bir parçası olaraq bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR