“AccessBank” ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb

“AccessBank” ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb
# 25 yanvar 2023 10:42 (UTC +04:00)

“AccessBank” ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” bankın hesabatına istinadən xəbər verir ki, “AccessBank” 2022-ci ili 15 milyon 37 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2021-ci ilə nisbətən 13,6 dəfə çoxdur. Belə ki, bank 2021-ci ildə 1 milyon 106 min manat xalis mənfəət açıqlamışdı.

2022-ci ildə “AccessBank”ın faiz gəlirləri 140 milyon 555 min manat(2021-ci ilə nisbətən 39,1% çox), faiz xərcləri 56 milyon 981 min manat (20,3% çox), xalis faiz gəlirləri isə 83 milyon 574 min manat (55,7% çox ) təşkil edib.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 20% artaraq 13 milyon 78 min manata, qeyri-faiz xərcləri 14,2% artaraq 72 milyon 318 min manata çatıb. Ümumilikdə bankın əməliyyat mənfəəti 24 milyon 334 min manata bərabər olub ki, bu da 2021-ci illə müqayisədə 19,3 dəfə çoxdur. Ardıcıl olaraq “AccessBank”ın həm 2021, həm də 2022-ci illər üzrə mənfəət vergisi ödəməsi olmayıb.

Bu ilin yanvarın 1-nə “AccessBank”ın cəmi aktivləri 25,3% artaraq 1 milyard 169 milyon manata, o cümlədən müştərilər verilmiş kreditləri 29% artaraq 813 milyon 549 min manata yüksəlib.

“AccessBank”ın istehlak kreditləri 86 milyon 221 min manatdan 174 milyon 215 min manata, biznes kreditləri 539 milyon 369 min manatdan 634 milyon 17 min manata çatıb. Bu isə müvafiq olaraq 2 dəfə və 17,5% çoxdur. Bununla belə, bankın daşınmaz əmlak kreditləri 23% azalaraq 5 milyon 317 min manata enib.

Hesabat dövründə “AccessBank”ın öhdəlikləri 25,3% artaraq 1 milyard 56 milyon manata, o cümlədən depozit portfeli 24,7% artaraq 860 milyon 54 min manata çatıb. Bankın cəmi kapitalı 26,1% artaraq 112 milyon 762 min manata yüksəlib, bölüşdürülməmiş zərəri isə 6% azalaraq 165 milyon 222 min manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR