ADB: Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 26,2%-nə çatacaq

ADB: Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 26,2%-nə çatacaq
# 21 sentyabr 2022 11:18 (UTC +04:00)

Bu il Azərbaycanda cari əməliyyatlar hesabının (CƏH) profisiti ÜDM-in 26,2%-nə çatacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilib. Bu isə ADB-nin aprel proqnozu ilə müqayisədə 6% bəndi çoxdur.

Bank cari əməliyyatlar hesabının ÜDM-də profisi ilə bağlı 2023-ci il proqnozunu isə 16,9%-dən 21,2%-ə kimi artırıb.

Sənəddə bildirilib ki, 2022-ci ilin birinci rübündə neftin qiymətinin daha da artması ilə ÜDM-in 22,4%-nə bərabər profisit əldə edilib. Daha yüksək neft qiymətləri 2022-ci ilin birinci rübündə ixracın 8,1% artması ilə ticarət profisitini 2021-ci ilin eyni dövründəki 3,1 milyard dollardan 5,4 milyard dollara yüksəldib.

"Neft qiymətlərinin yüksəlməsinin cari əməliyyatlar hesabının profisiti ilin qalan hissəsində yüksək səviyyədə saxlayacağı gözlənilir. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2022-ci ilin birinci rübündə 0,5 faiz artaraq 45,3 milyard ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 83 faizinə bərabərdir. Bu inkişafla əlaqədar olaraq, ADB 2022 və 2023-cü illərdə cari əməliyyatlar hesabının profisitinin artacağını proqnozlaşdırır", - deyə hesabatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR