ADB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

ADB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
# 21 sentyabr 2022 09:17 (UTC +04:00)

Asiya İnkişaf Bankı (ADB) 2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb.

"APA-Economics" bu barədə Bankın “Asian Development Outlook” hesabatının sentyabr sayına istinadən xəbər verir.

Məlumata görə, Bank aprel proqnozu ilə müqayisədə ÜDM-in artım proqnozunu 0,5 faiz bəndi artıraraq 4,2% müəyyən edib. 2023-cü il üzrə isə bu göstərici dəyişməyərək 2,8% saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR