Aİ: Daha bir neçə Rusiya bankı SWIFT-dən çıxarılacaq

Cozep Borrell

© APA | Cozep Borrell

# 03 may 2022 12:23 (UTC +04:00)

Avropa İttifaqının ( Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq Rusiya banklarının siyahısının genişləndiriləcəyini açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu barədə Borrell bazar ertəsi Panama səfəri zamanı jurnalistlərə bildirib.

"Daha çox Rusiya bankı SWIFT ödəniş sistemindən çıxarılacaq. Energetika sektorunda isə biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər üzərində çalışırıq", - Borrell əlavə edib.

Qeyd edək ki, bu gün Avropa Komissarları Kollegiyasının iclasında Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketi müzakirə ediləcək.

Məlumata görə, altıncı sanksiyalar paketi çərçivəsində Aİ-nin "qara siyahı"sının daha da genişləndirilməsi, daha bir neçə Rusiya bankının SWIFT-dən çıxarılması və Rusiyadan neft tədarükünə qismən embarqo qoyulması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR