AİB Azərbaycan şirkətlərində payçı olmaq istəyir

AİB Azərbaycan şirkətlərində payçı olmaq istəyir
# 16 noyabr 2022 11:45 (UTC +04:00)

"Azərbaycanda sahibkarlar bizdən daha çox kredit məhsulları soruşurlar. Amma mən özümə borc bilirəm deyim ki, biz həm də səhmdar kapitalda payçı kimi də iştirak edə bilərik".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı ADB-nın İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib.

"Səhmdar kapitalda payçı kimi bizim öz strategiyamız var. O şirkətlər razı olursa bizim 5-7 il ərzində çıxış strategiyamız olacaq və təsdiqlənəcək. Biz görəndə ki, şirkət dayanıqlı və davamlı inkişaf yolundadır, onda biz şirkətdən öz payımızı satıb çıxırıq" - deyə S.Şabanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR