AİB-in təmsilçisi: "Layihə maliyyələşdirilməsi yerli bankların fəaliyyətinə müsbət təsir göstərəcək"

AİB-in təmsilçisi: "Layihə maliyyələşdirilməsi yerli bankların fəaliyyətinə müsbət təsir göstərəcək"
# 16 noyabr 2022 13:38 (UTC +04:00)

Layihə maliyyələşdirilməsi yerli bankların fəaliyyətinə müsbət təsir göstərəcək.

Bunu "APA-Economics"ə açıqlamasında AİB-in investisiyalar üzrə mütəxəssisi Sənan Şabanov deyib. O bildirib ki, layihə maliyyəsinin Azərbaycanda tətbiqi çox müsbət haldır və bu daha çox layihədən gələn gəlirlərin kreditin geri ödənilməsində 75-100% həcmdə istifadəsini nəzərdə tutur. "Layihə maliyyəsi sahəsində inkişaf var. Şadam ki, bu qərarı Mərkəzi Bank təsdiqləyib" - deyə S. Şabanov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti noyabrın 5-də “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. Bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında layihə maliyyələşdirilməsi kreditləri (LMK) üzrə tənzimlənmə çərçivəsini müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR