Almaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib

Almaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib
# 15 yanvar 2022 11:18 (UTC +04:00)

COVID-19 pandemiyası fonunda 2021-ci ildə Almaniya iqtisadiyyatında real artım 2,7% təşkil edib ki, bu da pandemiyada əvvəlki 2019-cu ildən 2 faiz bəndi azdır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, o anlama gəlir ki, Avropanın aparıcı iqtisadiyyatı hələ pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. 2021-ci ildə ölkədə real ÜDM-in artım tempi əsasən ilin sonuncu rübündə yavaşlayıb və bu da öz növbəsində illik göstəriciyə təsir edib.

"Pantheon Macroeconomics"in iqtisadçıları güman edir ki, bu ilin I rübündə Almaniya iqtisadiyyatında artım zəif olacaq və yalnız ilin II rübündən etibarən iqtisadiyyat bərpa prosesinə daxil ola biləcək.

Xatırladaq ki, 2020-ci ildə Almaniya iqtisadiyyatı 4,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR