Almaniyada inflyasiya 30 illik maksimuma çatıb

Almaniyada inflyasiya 30 illik maksimuma çatıb
# 06 yanvar 2022 18:08 (UTC +04:00)

İlkin hesablamalara görə, Almaniyada ötən ilin dekabr ayında illik inflyasiya bir ay əvvəlki 5,2%-dən 5,3%-ə yüksəlib.

"APA-Economics" xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Bürosu (Destatis) məlumat yayıb.

Beləliklə, illik inflyasiya 1992-ci ilin iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb ki, o zaman inflyasiyanın 5,8% təşkil edib. Dekabrda Almaniyada istehlak qiymətləri aylıq olaraq 0,3% artıb.

"DailyFx" portalının analitiklər arasında apardığı sorğuların nəticəsinə görə, illik inflyasiyanın 5,1%-dək azalacağı proqnozlaşdırılır.

Bununla yanaşı, Almaniyada Aİ standartlarına uyğun olaraq istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) illik ifadədə, ilkin hesablamalara görə, bir ay əvvəlki 6%-dən 5,7%-dək geriləyib və ay ərzində artım templəri noyabrda olduğu kimi – 0,3% səviyyəsində qalıb.

İllik göstərici proqnozlara uyğun olub, aylıq nisbət isə 0,2% səviyyəsində gözlənilirdi.

Qeyd edək ki, Destatis aylıq inflyasiya məlumatlarını sonrakı dəqiqləşdirmələrlə dərc edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR