Almaniyada inflyasiya 30 illik maksimuma çatıb

Almaniyada inflyasiya 30 illik maksimuma çatıb
# 19 yanvar 2022 12:47 (UTC +04:00)

Almaniyada ötən ilin dekabr ayında illik inflyasiya bir ay əvvəlki 5,2%-dən 5,3%-dək sürətlənib.

"APA-Economics"in məlumatına görə, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin açıqlamasında deyilir.

Beləliklə, Almaniyada illik inflyasiya 1992-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb. Həmin il ölkədə inflyasiya 5,8% səviyyəsində olub.

Almaniyada istehlak qiymətləri aylıq olaraq dekabrda 0,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR