AMB: AÖS-ə yeni iştirakçılar inteqrasiya olunacaq

AMB: AÖS-ə yeni iştirakçılar inteqrasiya olunacaq
# 08 dekabr 2021 17:46 (UTC +04:00)

Hazırda Azərbaycanda 23 bank və bir necə BOKT Ani Ödənişlər Sistemininə (AÖS) inteqrasiya olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ani Ödənişlər Sisteminin təminatı şöbəsinin layihə rəhbəri Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, sistemə yeni iştirakçıların qoşulması gözlənilir və bunun sayəsində daha rəqabətli ekosistem formalaşacaq.

AÖS sistemində müşahidə olunan çətinliklərə toxunan L. Əliyeva qeyd edib ki, bank və müştərilərin üzləşdiyi əsas problem qəliz və çoxlu sayda rekvizitlər tələb edən prosedur çətinliyi idi, lakin bu problem artıq "Ani Pay ID" çərçivəsində həll olunub.

AMB rəsmisi əlavə edib ki, AÖS-ün ölkədə ümumilikdə 125 min istifadəçisi var.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş AÖS vasitəsilə bu ilin yanvar-oktyabr aylarında həyata keçirilən ödənişlərin sayı 80 min, həcmi isə 199 mln. manat olub. Bu, tarixi maksimum sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR