AMB: Azərbaycanda bütün növ kreditlərə tələb artıb

AMB: Azərbaycanda bütün növ kreditlərə tələb artıb
# 09 avqust 2022 12:28 (UTC +04:00)

Bankların kreditləşmə siyasətinin cari ilin I rübündə yumşalması, bütün növ kreditlərə tələbin isə artması müşahidə olunub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankı sorğusuna istinadən xəbər verir ki, bu trendlərin II rübdə də davam etməsi banklar tərəfindən proqnozlaşdırılıb.

Kredit siyasəti əsasən istehlak və ipoteka kreditlərinə nisbətdə yumşaldılıb. Biznes kreditləri üzrə yumşalma isə əsasən mikro sahibkarlıq subyektlərinə münasibətdədir.

Qeyd edilib ki, sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR