AMB Beynəlxalq Banka satdığı valyutanın həcmini açıqlayıb

AMB Beynəlxalq Banka satdığı valyutanın həcmini açıqlayıb
# 05 iyul 2022 15:21 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankına satdığı valyutanın həcmini açıqlayıb.

AMB-dən "APA-Economics"ə bildirilib ki, Bankın sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunub.

Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılıb.

Qeyd edək ki, satış üzrə AMB-nın xarici valyuta ehtiyatlarından istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR