AMB: Daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək

AMB: Daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək
# 28 sentyabr 2022 16:08 (UTC +04:00)

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək.

Bunu "APA-Economics"ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

"Biz daşınmaz əmlakın icbari sığortası üzrə elektronlaşmanın tamamlanmasını hədəfləmişik və bununla bağlı qanun layihəsi müvafiq qurumlara təqdim edilib. Yaxın vaxtlarda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək. Bundan sonra bu sığorta xidmətinin təkmilləşdirilməsi üçün işlərə başlanılacaq", - deyə V. Qurbanov əlavə edib.

Qeyd edək ki, müsahibəni geniş şəkildə buradan oxuya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR