Mərkəzi Bankda yeni departamentlər və şöbələr yaradılıb

Mərkəzi Bankda yeni departamentlər və şöbələr yaradılıb
# 08 avqust 2022 15:22 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda bir sıra yeniliklər olub.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti", "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti" olaraq yenilənib.

Bununla yanaşı, Mərkəzi Bankın Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi departamenti yaradılıb. Əlavə olaraq, Strateji və Layihə İdarəetməsi departamenti, Yeni binanın tikintisi, Rezolyusiya, Lisenziyalaşdırma, İnformasiya və kibertəhlükəsizlik və Əməliyyat riskləri şöbələri yaradılıb.

AMB-nin Korporativ İdarəetmə Departamentinin direktoru Arif Şirəliyev Strateji və Layihə İdarəetməsi departamentinin direktoru seçilib. Bundan əlavə, İnformasiya Təhlükəsizliyi şöbəsinin rəhbəri dəyişib. Bu vəzifədə Anar Kazımovu Elvin Şahverdiyev əvəzləyib. Lisenziyalaşdırma şöbəsinin rəhbəri isə Elnur Allahverdiyev seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR