AMB: Dövlət büdcəsinin xərcləri 16%-dən çox artıb

AMB: Dövlət büdcəsinin xərcləri 16%-dən çox artıb
# 16 sentyabr 2022 11:19 (UTC +04:00)

Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artıb.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalıb.

2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artıb.

8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərmişdir. İşğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR