AMB inflyasiyanın 85-90%-nin birbaşa və dolayı yolla xarici amillərlə bağlı olduğunu hesab edir

AMB inflyasiyanın 85-90%-nin birbaşa və dolayı yolla xarici amillərlə bağlı olduğunu hesab edir
# 03 noyabr 2022 14:31 (UTC +04:00)

"Cari ilin 9 ayının inflyasiyası 85-90 % aralığında birbaşa və dolayı yolla xarici amillərlə bağlıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, Mərkəzi Bankın əsas işi məzənnə siyasəti, makroiqtisadi sabitliyin təmin edilməsidir: “Məzənnə rejimi bizim pul siyasətimizin bir hissəsidir. Mərkəzi Bank və hökumət düşünür ki, məzənnənin sabit rejimi ən əlverişli rejimdir. Növbəti ildə büdcədə də Mərkəzi Bank sabit məzənnə rejiminin qorunmasına çalışacaq, bunun üçün əlindən gələni edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR