AMB: Meqarequlyator kimi əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır

AMB: Meqarequlyator kimi əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır
# 30 noyabr 2021 09:51 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq meqarequlyatordur.

"APA-Economics"in məlumatına görə, bunu AMB-nin baş direktoru Ziya Əliyev deyib. Onun sözlərinə görə, AMB təkcə monetar siyasəti müəyyən edən deyil, həm də bütün maliyyə sistemini nizamlayan və tənzimləyən bir orqandır.

Z. Əliyev onu da qeyd edib ki, dünyada 50-dən çox meqarequlyator var və AMB-nin hazırda meqarequlyator kimi əsas məqsədi maliyyə sabitliyini qoruyub saxlamaqdır.

Xatırladaq ki, maliyyə sektoruna nəzarətin inteqrasiya edilmiş modeli – maliyyə sektorunun bütün iştirakçılarının, habelə maliyyə bazarının infrastruktur təşkilatlarının vahid dövlət orqanı çərçivəsində tənzimlənməsi və nəzarətinin təşkili ilə məşğul olan orqan meqarequlyator sayılır.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR