AMB monetar siyasətinin əsas istiqamətlərini açıqlayıb

AMB monetar siyasətinin əsas istiqamətlərini açıqlayıb
# 30 dekabr 2021 09:11 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə həsr olunmuş bəyanatında deyilir. Qeyd edilir ki, sözügedən inflyasiya hədəfinə çatmaq üçün başlıca olaraq monetar amillərdən – dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.

Bankın yenilənmiş son inflyasiya proqnozlarına görə, baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.

Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib. AMB-nin gözləntilərinə görə isə, cari ildə ortaillik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR