AMB-nin baş direktoru: "Rəqəmsal ödəniş bazarının tənzimləyici mexanizmləri hazırlanır"

AMB-nin baş direktoru: "Rəqəmsal ödəniş bazarının tənzimləyici mexanizmləri hazırlanır"
# 29 sentyabr 2022 11:05 (UTC +04:00)

Rəqəmsal ödənişlər haqqında qanun layihəsi hazırlanıb və yaxın zamanda qəbul olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edərkən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank həmçinin qanundan irəli gələn bir çox normativ sənədlərin bugünkü gün də işlənməsini təmin edir və əmindir ki, həmin qanun layihəsi ilə paralel olaraq həmin normativlərin qəbul olunması istiqamətində çalışacaq.
"Bunlar məhz elektron pul təşkilatları olsun, elektron ödəniş təşkilatları olsun, onlarin üstündə nəzarət, onların fəaliyyətinin tənzimlənməsi, xüsusi tənzimləmə rejimi və sairdi. Bu prosesləri tənzimləyən normativ sənədlər hazırda tərəfinizdən işlənilir, bazar iştirakçıları ilə, beynəlxalq təşkilatlarla müzakirə olunur, təkliflər alınır. Çalışırıq ki, hazırlanan hər bir normativ sənəd ən qabaqcıl beynəlxalq təcrübəni ölkəyə gətirməyə bir vasitə olsun",- deyə Fərid Osmanov qeyd edib.

O həmçinin əlavə edib ki, ölkə üzrə 1 sentyabr tarixinə 13 mln. ödəniş kartı mövcud olub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 22% çoxdur. "Kartların 9 milyonu təmassız kartlardır ki, onların da sayı ötən dövr ilə müqayisədə 55% artıb. Bugünkü gündə hər bir şəxs təmassız ödənişlərdən faydalanır. Bu isə o deməkdir ki, ötən dövr ilə müqayisədə təmassız ödənişlərin həm həcmi, həm də sayı müvafiq olaraq 2,7 və 2,1 dəfə artıb", - deyə Mərkəzi Bankın rəsmisi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR