AMB-nin informasiya təhlükəsizliyinə xərclədiyi vəsait məlum olub

AMB-nin informasiya təhlükəsizliyinə xərclədiyi vəsait məlum olub
# 22 iyun 2022 10:03 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı 2,022 milyon manatlıq iki tenderin qalibini açıqlayıb.

"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) və Ani Ödənişlər Sistemində (AÖS) istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidmətinin satın alınması ilə bağlı "SİNAM" MMC, informasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidməti üzrə isə "SMARTIT" MMC şirkəti ilə müqavilə imzalanıb. Müvafiq olaraq şirkətlərə müqavilə üzrə 795,9 min manat və 1,226 milyon manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR