AMB-nin valyuta aktivlərinin idarə edilməsindən gəlirləri kəskin azalıb

AMB-nin valyuta aktivlərinin idarə edilməsindən gəlirləri kəskin azalıb
# 05 may 2022 14:20 (UTC +04:00)

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon ABŞ dolları gəlir əldə edib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 92,3% azdır.

AMB-dən bildirilib ki, ötən il valyuta ehtiyatları qurumun pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib. İnvestisiya tranşının tərkibində xroniki mənfi faiz dərəcələri ilə səciyyələnən avronun xüsusi çəkisinin son illərdə əhəmiyyətli azaldılmasının həm idarəetmənin nəticələrinə, həm də dollara qarşı məzənnə itkisinin azaldılmasına müsbət təsirləri olub. Bütövlükdə hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 82%-ni ABŞ dolları, 7%-ni avro, 1%-ni İngiltərə funt sterlinqi və 10%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borclanma hüquqları) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR