AMB-nin valyuta hərracında bankların tələbi 66 milyon dolları keçib

AMB-nin valyuta hərracında bankların tələbi 66 milyon dolları keçib
# 02 avqust 2022 12:27 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 66,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (28 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 2,2 dəfə artıb. Ötən hərracda tələb 31 mln. ABŞ dolları olmuşdu.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sonuncu dəfə bu ilin aprelin 26-da valyuta hərracında bankların dollara tələbi 60 milyon dolları keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR