AMB sədri: Mərkəzi Bank ötən il valyuta bazarına 2 mlrd. dollarlıq alış müdaxiləsi edib

AMB sədri: Mərkəzi Bank ötən il valyuta bazarına 2 mlrd. dollarlıq alış müdaxiləsi edib
# 01 fevral 2023 12:02 (UTC +04:00)

2022-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş valyuta hərraclarının 80 faizində təklif tələbi üstələyib.

"APA-Economics" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında AMB sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov əlavə edib ki, Mərkəzi Bank valyuta bazarına alış yönümli müdaxilə edərək 2 milyard 8 milyon dollar həcmində valyuta alıb. Valyuta Dövlət Neft Fondundan deyil, banklararası bazardan və əlaqəli müştərilərdən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR