AMB tədiyyə balansının profisitli olacağını proqnozlaşdırır

AMB tədiyyə balansının profisitli olacağını proqnozlaşdırır
# 29 aprel 2022 14:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il üçün tədiyə balansının profisitli olacağını proqnozlaşdırır.

AMB-dən "APA-Economics"ə bildirilib ki, geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır.

Məlumata görə, Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalıb. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələyib. Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq təşkilatlar enerji daşıyıcılarının, o cümlədən neftin cari ilə proqnoz qiymətini artırmaq istiqamətində təshih edirlər.

AMB-dən bildirilib ki, ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR