AMB terrorçuluğun maliyyələşdirilməsinə qarşı gördüyü tədbirləri açıqlayıb

AMB terrorçuluğun maliyyələşdirilməsinə qarşı gördüyü tədbirləri açıqlayıb
# 27 iyul 2022 11:35 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin iyul ayında bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, lizinq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və həyat sığortası şirkətlərinin mütəxəssisləri üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) məsələlərinə həsr olunmuş silsilə təlimlər keçirib.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

Bildirilib ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik tələbləri və bu sahədə beynəlxalq standartlar" mövzusunda onlayn təşkil olunmuş bu təlimlərdə PL/TMM sisteminin mahiyyəti, vacibliyi, həmçinin bu sahədə beynəlxalq standartlar və qanunvericilik tələbləri geniş müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR