Araq, likör və konyakın aksiz dərəcələri artırılıb

Araq, likör və konyakın aksiz dərəcələri artırılıb
# 01 yanvar 2022 08:20 (UTC +04:00)

Yanvarın 1-dən içməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırılıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, 2022-ci il yanvarın 1-dən içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR