ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub

ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
# 18 sentyabr 2019 13:29 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) indiyədək (bu ilin iyun ayının 30-na olan göstərici) 154,6 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub

APA-Economics"in məlumatına görə, bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, ARDNF-a daxil olan 148,3 mlrd. dollar neft-qaz layihələrinin həyata keçirilməsindən əldə edilən vəsaitdir.

"Qalan 6,3 mlrd. dollar Fondda toplanan vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir", - deyə İ. Məmmədov əlavə edib.

Neft Fondunun rəsmisi onu da bildirib ki, ötən dövr ARDNF-in dövlətdaxili xərcləri 112 mlrd. dollara yaxın olub və bunun da 95,5 mlrd. dolları dövlət büdcəsinə edilən transferlərin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR