ARDNF dövlət büdcəsinə 126 mlrd. manatdan çox vəsait transfert edib

ARDNF dövlət büdcəsinə 126 mlrd. manatdan çox vəsait transfert edib
# 25 aprel 2022 16:58 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2022-ci il 1 aprel tarixinə 126 247,3 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 757 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Xatırladaq ki, 2022-ci il martın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 mln. ABŞ dolları) nisbətən 0,53 % artaraq 45 264,0 mln. ABŞ dolları təşkil edib.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR