ARDNF-nin dövlət büdcəsinə transfertlərinin həcmi 133 mlrd. manata çatıb

ARDNF-nin dövlət büdcəsinə transfertlərinin həcmi 133 mlrd. manata çatıb
# 06 iyun 2023 11:29 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü il 1 aprel tarixinə ümumi 132 989,3 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 1 576 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Xatırladaq ki, cari ilin martın 31-ə ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 mln. ABŞ dolları) nisbətən 9% artaraq 53 437,6 mln. ABŞ dolları təşkil edib.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR