ARDNF-nin investisiya portfelinin əksər hissəsi inkişaf etmiş ölkələrin payına düşüb

ARDNF-nin investisiya portfelinin əksər hissəsi inkişaf etmiş ölkələrin payına düşüb
# 19 aprel 2022 10:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2022-ci il 31 mart tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 57,7%, inkişaf etməkdə olan ölkələr üzrə – 21,9%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 6,5% təşkil edib. Sərmayələrin qalan hissəsi (13,9%) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (28,9%), Cənubi Amerika (0,1%), Avropa (28%), Yaxın Şərq (0,6%), Avstraliya / Yeni Zelandiya (0,8%), Asiya / Sakit Okean (21,1%) və Afrika (0,1) daxildir.

Qeyd edək ki, 2022-ci ilin 31 mart tarixinə ARDNF-nin investisiya portfeli 45 263,33 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR