ARDNF onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır - AÇIQLAMA

ARDNF onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır - AÇIQLAMA
# 16 avqust 2022 10:13 (UTC +04:00)

Son üç ayda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və SOCAR adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.

Neft Fondundan “APA-Economics”ə verilən məlumata görə, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb ARDNF Mətbuat xidməti bu paylaşımların tamamilə yalnış və həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırır. Qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

“Bir daha bildiririk ki, ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik”, - məlumatda qeyd olunur.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR