ARDNF valyuta hərraclarında bu il 6,7 mlrd. dollar satıb

ARDNF valyuta hərraclarında bu il 6,7 mlrd. dollar satıb
# 30 dekabr 2021 12:29 (UTC +04:00)

Bu il Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən keçirilən valyuta hərraclarında 6,688 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin rəqəmi ilə müqayisədə 8,4% azalıb. Təkcə dekabr ayında banklara 989,2 mln. dollar satılıb ki, bu da noyabr ayı ilə müqayisədə 15,9% çoxdur.

Bu ilin son rübünə gəldikdə, IV rübdə hərraclarda 2,383 mlrd. dollar satılıb ki, bu da III rüblə müqayisədə 54,8%, ötən ilin eyni rübü ilə müayisədə isə 40,7% çoxdur.

Qeyd edək ki, COVID-19 pandemiyasının əvvəlindən (ötən ilin aprel ayı) banklara hərraclarda 11,220 mlrd. dollar satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR