ASB mənfəətini kəskin artırsa da, aktivlər azalıb

ASB mənfəətini kəskin artırsa da, aktivlər azalıb
# 20 aprel 2022 17:18 (UTC +04:00)

Bu ilin I rübündə "Azərbaycan Senaye Bankı"nın (ASB) xalis mənfəəti 1,569 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, ASB-nin xalis faiz gəlirlərinin 19,9% artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 642,53 min manatlıq xərclər hesabına xalis mənfəət kəskin artıb.

Balans hesabatına gəldikə, bu ilin martın 31-nə ASB-nin cəmi aktivlərinin həcmi ilin əvvəlindən 0,2% azalaraq 810,569 mln. manata enib. Aktivlərin 53,3%-ni təşkil edən banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərin həcmi ilin əvvəlindən 7,6% azalaraq 431,991 mln. manat təşkil edib. Aktivlərin 31,2%-nə bərabər olan kredit portfeli isə 4% artaraq 253,232 mln. manat təşkil edib.

Öhdəliklərə gəldikdə, bankın cəmi öhdəlikləri ilin əvvəlindən 0,5% azalaraq 703,755 mln. manata enib. Öhdəliklərin 72,2%-ni təşkil edən depozit portfeli ilin əvvəlindən 1,3% azalaraq 507,933 mln. manat təşkil edib.

Cəmi kapital ilin əvvəlindən 1,3% artaraq 106,814 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR