Asiya İnkişaf Bankı Azərbaycan bankında payını artırıb

Asiya İnkişaf Bankı Azərbaycan bankında payını artırıb
# 23 noyabr 2022 17:05 (UTC +04:00)

"Access Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Məlumata görə, Asiya İnkişaf Bankının payı 19,90%-dan 20,33%-ə, Avropa İnvestisiya Bankının payı 17,39%-dən 17,76%-ə kimi, Niderlandın inkişaf bankının (FMO) payı 9,41%-dən 9,62%-ə, Avstriya İnkişaf Bankının payı 9,17%-dən 9,36%-ə, EFSE-nin payı 2,78%-dən 2,93%-ə, GGF -nin payı 1,77%-dən 1,87%-ə kimi artıb.

Beynəlxalq Maliyyə Korporasiyası bankdakı payı 16,56%-dən 15,86%-ə kimi, responsAbility tərəfindən idarə edilən investisiya fondları "responsAbility Management Company S.A."-in payı – 7.11%-dən 6,81%-ə kimi, responsAbility SICAV-da (Lux, responsAbility A) – 5.18%-dən 1,97%-ə, SIFEM AG – 8,89%-dən 8,51%-ə, Qara Dəniz Ticarət və İnkişaf Bankının payı isə 0,58%-dən 0,56%-ə enib. Əvəzində ResponsAbility SICAV ( Lux,'responsAbility C') bankdan 3,11%, ResponsAbility SICAV ( Lux, 'responsAbility D') isə bankdan 0,09% pay alıb.

LFS Advisory GmbH-nin "Accessbank"da payı isə dəyişməyərək 0,13% təşkil edib.

Qeyd edək ki, səhmdarların bankda pay bölgüsü "Accessbank"ın kapital artımı ilə bağlı olub. Belə ki, bank ötən həftə nominal dəyəri 1 AZN olan 11 388 889 manat imtiyazlı səhm buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR