Asiya İnkişaf Bankının Azərbaycanda əsas podratçıları məlum olub

Asiya İnkişaf Bankının Azərbaycanda əsas podratçıları məlum olub
# 26 aprel 2022 11:26 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) 2017-2021-ci illər üzrə Azərbaycanda icra etdiyi layihələrdə əsas podratçılar məlum olub.

APA-Economics” AİB-ə istinadən xəbər verir ki, nəqliyyat və enerji layihələrinin icrasına görə “Akkord Industry Construction” şirkətinə 95.37 milyon dollar, “Akelik Group”a su və digər infrastruktur layihələrinin icrası üzrə 52.90 milyon dollar ayrılıb.

AİB-in nəqliyyat layihələri üzrə əsas podratçıları “Azvirt” MMC (48.28 milyon dollar) və Türkiyənin “Kolin Inşaat Turizm Sanayi Ve Ticaret A.Ş.” şirkəti (44.12 milyon dollar) olub.

“Retro Holding” MMC-nin icra etdiyi enerji layihələrinin dəyəri isə 40.08 milyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR