"Atabank"ın binası hərraca çıxarılır

"Atabank"ın binası hərraca çıxarılır
# 28 iyun 2022 11:32 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sifarişi ilə 6 iyul tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca ƏSF-in ləğvetməsində olan "Atabank" ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaq.
Daşınmaz əmlak, Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında 0.19 ha torpaq sahəsində yerləşən (ü/s 9624,7 kv.m) qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ilkin satış qiyməti 20 mln. manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR