Avropa İnvestisiya Bankının Baş katibi dəyişib

Avropa İnvestisiya Bankının Baş katibi dəyişib
# 10 yanvar 2023 14:04 (UTC +04:00)

Avropa İnvestisiya Bankına (AİB) yeni Baş Katib təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə bankdan bildirilib.

Məlumata görə, bu il yanvar ayının 1-dən Barbara Balke Avropa İnvestisiya Bankının Baş Katibi seçilib.

Qeyd edilib ki, Barbara Balke 20 ildən artıq müddətdə AİB-də çalışıb. Yeni vəzifəsinə qədər Bankın Baş Hüquq Müşaviri və Hüquq Direktorluğunun rəhbəri olub. Həmçinin əlavə edilib ki, əvvəlki Baş Katib Marjut Falkstedt Avropa İnvestisiya Fonduna (AİB qrupuna daxil olan) rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR