Avropa Mərkəzi Bankı da uçot dərəcəsini artırıb

Avropa Mərkəzi Bankı da uçot dərəcəsini artırıb
# 02 fevral 2023 17:40 (UTC +04:00)

Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini 0,5 baza bəndi artırmaqla 2.5%-dən 3%-ə çatdırıb.

"APA-Economics" ECB-yə istinadən xəbər verir ki, Bankın İdarəetmə Şurası bununla bağlı qərar verib. Qərarə əsasən, həmçinin, 8 fevral 2023-cü il tarixindən etibarən marjinal kreditləşdirmə mexanizmi üzrə faizlər 2,75%-dən 3,25%-ə, depozitlər üzrə faiz dərəcəsi müvafiq olaraq 2%-dən 2.50%-ə qədər artırılacaq.

İnflyasiya təzyiqlərini nəzərə alaraq Avropa Mərkəzi Bankının mart ayında da uçot dərəcəsini 0,5 baza bəndi artıracağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR