Bu ilin I rübünün nəticələrinə görə, Avrozona ölkələrinin dövlət borcu ÜDM-nin 100,5%-ni təşkil edib. Bu göstəricinin 100%-i keçməsi ilk dəfə qeydə alınıb.
"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, martın 31-nə Avrozonanın dövlət borcu 10,259 trln. avro təşkil edib ki, bu da ötən ilin yekunlarına əsasən qeydə alınmış göstəricidən 7,6% azdır. Dövlət borcunun əsas hissəsini (80,9%) borc qiymətli kağızları, 15,5%-ni kreditlər, 3,5%-ni isə valyuta və depozitlər təşkil edib.
Qeyd edək ki, cari ilin I rübünün yekunlarına əsasən, Avrozonada dövlət borcunun ÜDM-yə nisbətinin ən yüksək olduğu ölkələr Yunanıstan (209,3%), İtaliya (160%), Portuqaliya (137,2%), Kipr (125,7%) və İspaniyadır (125,2%). Bu göstəricinin ən aşağı olduğu ölkələr isə Estoniya (18,5%), Bolqarıstan (25,1%) və Lüksemburqdur (28,1%).