Avstraliya iqtisadiyyatı ötən ilin ortasından ilk dəfə azalıb

Avstraliya iqtisadiyyatı ötən ilin ortasından ilk dəfə azalıb
# 01 dekabr 2021 12:27 (UTC +04:00)

Avstraliya iqtisadiyyatı 2021-ci ilin III rübündə əvvəlki üç aya nisbətən 1,9% azalıb. Bu, 2020-ci ilin II rübündən bəri ÜDM-in ilk azalmasıdır.

"APA-Economics"in "Trading Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Avstraliya Statistika Bürosunun açıqlamasında deyilir.

Bununla belə, analitiklər orta hesabla daha əhəmiyyətli – 2,7%-lik azalma gözləyirdilər, Müqayisə üçün qeyd edək ki, bu ilin II rübündə Avstraliyanın ÜDM-i 0,7% artıb.

Avstraliyanın bir sıra ştatında karantin rejiminin davam etməsi və xidmət sektorunda xərclərin azalması səbəbindən iyul-sentyabr aylarında ölkədə istehlak xərcləri 4,8% azalıb (aprel-iyun aylarında onlar 1% artıb). İqtisadiyyata özəl investisiyalar ilin ən zəif dinamikasını nümayiş etdirib – 0,8%, halbuki II rübdə artım 1,9% olub.

Bu arada, dövlət xərclərinin artırılması 1,3%-dən 3,6%-dək sürətlənib. İxrac 1,2% artıb, idxal isə 4% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Avstraliyanın ÜDM-i III rübdə 3,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR